Bu il doğulan uşaqlara ən çox Yusif və Zəhra adları qoyulub

Bu ilin altı ayında Azərbaycanda doğulan oğlan uşaqlarından 1 436-na Yusif, qızlardan 1 254-nə Zəhra adı qoyulub.

Source:

Bu ilin altı ayında Azərbaycanda doğulan oğlan uşaqlarından 1 436-na Yusif, qızlardan 1 254-nə Zəhra adı qoyulub.

Ədliyyə Nazirliyindən “Report”a verilən məlumata görə, bu il doğulan körpələrə qoyulan adlar arasında sonrakı yerlərdə Nuray (1 007), Hüseyn (1 022), Fatimə (820), Əli (974), Zeynəb (781), Aylin (735), Ayan (608), Ömər (769) və Məhəmməd (603) adları gəlir.

Bundan başqa, bu il doğulan körpələrdən 478-nə Səma (son beş ildə 3 812), 294-nə Yağmur (son beş ildə 3 836), 106-na Günəş (son beş ildə 634), 20-nə Rüzgar (son beş ildə 211), 29-na Heydər (son beş ildə 365), 62-nə Əbülfəz (582), 2-nə Məhəmmədəmin (son beş ildə 17), 3-nə Bulud (son beş ildə 32), 1-nə Dağlar (son beş ildə 20) və s. adlar qoyulub.

Son beş ildə uşaqlara daha çox Yusif (18 192), Zəhra (17 380), Nuray (13 245), Hüseyn (12 548), Fatimə (12 480), Əli (12 336), Aylin (8 504), Zeynəb (8 287), Ayan (8 261), Ömər (8 069), Məhəmməd (7 838) kimi adlar verilib.

Ana səhifəXəbərlərBu il doğulan uşaqlara ən çox Yusif və Zəhra adları qoyulub