Bu il də teledərslər davam edəcək

Brifinqdə iştirak edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə qeyd edib ki, tədris ili ərzində təhsil müəssisələrində monitorinq aparılacaq.

Source: Specify Source


“Şagirdlərin məktəbdə maska taxması məcburi deyil”

Azərbaycanda 2021-2022-ci tədris ilində teledərslər davam edəcək.

Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib ki, teledərslər şagirdlərə dəstəkdir. Onun sözlərinə görə, pandemiya dövründə 10 mindən artıq videodərs hazırlanıb.

Nazir həmçinin qeyd edib ki, tədris ilinə beş tədris günü gec başlanması məktəblilərin tətil günləri ilə əvəzlənəcək.

“Çalışacağıq ki, tətil günlərində tədricən ötürülən tədris günlərini əvəzləyək”, – nazir deyib.

O bildirib ki, tədrisə sentyabrın 15-də deyil, 22-də başlanması tədris ilinin günlərinin azalması demək deyil.

Emin Əmrullayev ali təhsil müəssisələrində distant tədrisin tətbiqini istisna etməyib:

“Pandemiya davam etdiyi üçün 50-60 nəfərlik auditoriyalarda mühazirələrin keçirilməsi qaydalara uyğun deyil. Təhsil müəssisələrinin daxili tədris planına uyğun olaraq müəyyən dərslər distant keçirilə bilər. Distant tədrislə bağlı artıq təhsil müəssisələrində təcrübə var”.

Brifinqdə iştirak edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə qeyd edib ki, tədris ili ərzində təhsil müəssisələrində monitorinq aparılacaq.

Müşavir bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birlikdə monitorinq qrupu yaradılıb, təhsil müəssisələrində monitorinq aparacaq.

Şagirdlərin məktəbdə maska taxması məsələsinə gəlincə, Rüstəm Ağayev bunun məcburi olmadığını qeyd edib.

Ana səhifəSosialBu il də teledərslər davam edəcək