“Bu il Avropa Şurasının bir neçə üzv ölkəsində hüquq müdafiəçiləri üçün xüsusilə çətin və təhlükəli keçib”

Nils Mujnieks: “2015-ci ildə onların işində ədalətə çatılması və insan haqları işinin təşviqi üçün əlimdən gələn hər şeyi həyata keçirməkdə etməkdə davam edəcəyəm”

Source:


Nils Mujnieks: “2015-ci ildə onların işində ədalətə çatılması və insan haqları işinin təşviqi üçün əlimdən gələn hər şeyi həyata keçirməkdə etməkdə davam edəcəyəm”

Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks Yeni il ərəfəsində Azərbaycanda siyasi məhbuslar mövzusuna yenidən toxunub.

O, özünün Facebook səhifəsində yazıb: “Bir çoxlarımız bayramı qeyd etməyə hazırlaşırıq. Mənim fikrim isə həyatlarını insan haqlarının qorunmasına həsr etmiş tərəfdaşlarımızın yanındadır. Bu il Avropa Şurasının bir neçə üzv ölkəsində hüquq müdafiəçiləri üçün xüsusilə çətin və təhlükəli keçib. Mən  ən çətin vəziyyəti Azərbaycanda müşahidə elədim. Burada hakimiyyət hüquq müdafiəçilərini, media peşəkarlarını və Avropa Şurasının vətəndaş cəmiyyəti tərəfdaşlarını sistematik hücumlara məruz qoyur. Saxlanan və ya mühacirətə gedənlərin sayı artmaqdadır”.

“Mən onları salamlayıram. 2015-ci ildə onların işində ədalətə çatılması və insan haqları işinin təşviqi üçün əlimdən gələn hər şeyi həyata keçirməkdə etməkdə davam edəcəyəm”.

Ana səhifəXəbərlər“Bu il Avropa Şurasının bir neçə üzv ölkəsində hüquq müdafiəçiləri üçün xüsusilə çətin və təhlükəli keçib”