Bu il 76 hərbçi ölüb

Bunlardan 37-i döyüş, 39 nəfəri isə qeyri-döyüş itkisidir

Source:


Bunlardan 37-i döyüş, 39 nəfəri isə qeyri-döyüş itkisidir

Xəzər Hərbi Tədqiqatlar İnstitutu ölkənin müdafiə və təhlükəsizlik sektorunda itkilərə dair növbəti monitorinqin nəticələrini açıqlayıb.

Monitorinq ölkə mediası və sosial şəbəkələrdə əksini tapan informasiyalara əsasən hazırlanıb.

Monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən dövründə  (23 dekabradək) ölkənin təhlükəsizlik və müdafiə sektorunda 76 hərbi qulluqçu dünyasını dəyişib.

Bunlardan 37-i döyüş (34-ü erməni gülləsi, 3 nəfəri mina partlayışı), 39 nəfəri isə qeyri-döyüş itkisidir.

Ana səhifəXəbərlərBu il 76 hərbçi ölüb