”Bu hökm Əfqanın mühacirətdə olan həmkarlarına dəhşətli siqnaldır”

”Sərhədsiz Reportyorlar” Əfqan Muxtarlının həbsini pisləyir

Source:


”Sərhədsiz Reportyorlar” Əfqan Muxtarlının həbsini pisləyir

“Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesi qeyri-obyektiv, irəli sürülmüş ittihamlar isə əsassız və saxtadır”.

Bu bəyanatla “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı çıxış edib.

Təşkilat jurnalistin 6 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü qəti şəkildə pisləyib. (

“Turan” İA

)

“Sərhədsiz Reportyorlar” hesab edir ki, bu hökm, digər məqsədlərlə yanaşı, jurnalistin həmkarlarını qorxutmaq məqsədi daşıyır:

“Bu hökm Əfqanın mühacirətdə olan həmkarlarına dəhşətli siqnaldır. Yalnız beynəlxalq ictimaiyyətin çox sərt mövqeyi onları bu cür cəzalardan qoruya bilər”.

Əfqan Muxtarlı yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edir. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Ana səhifəXəbərlər”Bu hökm Əfqanın mühacirətdə olan həmkarlarına dəhşətli siqnaldır”