Bu həftə Şirin Abbasovun apellyasiya şikayətinə baxılacaq

Elçin Sadıqov: “Əməliyyatçı ilə zərərçəkmiş şəxs Rəfael Qurbanovun ifadələrində ziddiyyətlər var”

Source:


Elçin Sadıqov:  “Əməliyyatçı ilə zərərçəkmiş şəxs Rəfael Qurbanovun ifadələrində ziddiyyətlər var”

“Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov  barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq (296-cı)  və qəsdən tabe olmamağa (310.1)  maddəsi ilə 30 sutka həbs-qətimkan tədbiri seçilib.

Qərarda deyilir ki, Şirin Abbasov 16 sentyabrda saat 19 30-da küçədə gedərkən Qurbanov Rəfael Şamil oğlu ilə toxunmağını  bəhanə edib və nəlayiq sözlərlə təhir edib. Bu hərəkətlərin qarşısını almaq üçün onu sakitləşdirməyə çalışan polis əməkdaşlarına məhəl qoymayıb. İdarəyə dəvət edilərkən polis əməkdaşlarından qaçaraq onların qanuni tələblərinə qəsdən tabe olmayıb.

Məhkəmənin qərarından apellyasiya şikayət verilib. Şirin Abbasovun vəkili Elçin Sadıqov deyir ki, apellyasiya şikayətinə bu həftə baxılmalıdır: “Şikayət təmin olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəyik”.

Elçin Sadıqovun sözlərinə görə, əməliyyatçı ilə zərərçəkmiş şəxs Rəfael Qurbanovun ifadələrində ziddiyyətlər var:  “Əməliyyatçı Şirin Abbasovun ünvansız söydüyünü desə də, Rəfael Qurbanov onu söydüyünü bildirib. Bütün detalları apellyasiya şikayətində göstərmişik. Çox yerdə ziddiyyətlər var”.

Şirin Abbasovun yaxınları bildirir ki  sentyabrın 16-sı günorta saatlarından onunla əlaqə kəsilib. Jurnalist  sonuncu dəfə Yasamal rayonu, Akim Abbasov küçəsində olub.  Onu sonuncu dəfə görən həmkarlarının sözlərinə görə, Şirin Abbasov təxminən 14 radələrində təhsil aldığı BDU-ya getdiyini deyib və onlardan ayrılıb. Bundan sonra jurnalistin telefonuna zəng çatmayıb. Həmin saatlarda Meydan TV ilə əməkdaşlıq edən daha iki xanım jurnalist  Akim Abbasov küçəsində yerləşən “Makro Market”dən çıxarkən saxlanılıblar və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Xanım jurnalistlər 4 saatdan artıq idarədə saxlanıldıqdan sonra buraxılıblar. Şirin Abbasovun barəsində isə yalnız ertəsi gün məlumat verilib, onun da həmin idarədə saxlanıldığı bildirilib.

Ana səhifəXəbərlərBu həftə Şirin Abbasovun apellyasiya şikayətinə baxılacaq