Bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək

Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı xalq artisti, bitərəf Zeynəb Xanlarovadır

Source:


Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı xalq artisti, bitərəf Zeynəb Xanlarovadır

APA-nın məlumatına görə, Milli Məclisin ilk sessiyasında Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.

Modern.az saytının məlumatına görə, Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. Amma Zeynəb Xanlarovanın V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi.

Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.

Ana səhifəXəbərlərBu gün V çağırış Milli Məclisin ilk sessiyası keçiriləcək