Bu gün orta məktəblərdə son zəngdir

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək

Source:


2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək

Bu gün Azərbaycanda “Son zəng” ilk dəfə olaraq yeni tarixdə keçirilir.

Trend-in məlumatına görə, indiyədək mayın 31-də qeyd edilən “Son zəng” cari ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil edilir.

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək.

2016-2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Ana səhifəXəbərlərBu gün orta məktəblərdə son zəngdir