İlk oyunda Qətər millisi Ekvadorla qarşılaşacaq
Bu gün futbol üzrə dünya çempionatı start götürəcək.
Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi komanda ilə Ekvador yığması üz-üzə gələcək. A qrupunun oyunu saat 20:00-da başlayacaq. Qarşılaşma 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionunda keçiriləcək.
Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşəcək. DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.
Bundan əvvəlki – 2018-ci ildə keçirilən dünya çempionatının qalibi Fransa yığması olmuşdu.