Turnirin final mərhələsi 24 komandanın iştirakı ilə keçiriləcək
Qitə birinciliyinin ilk oyun günündə bir qarşılaşma olacaq.
İlk dəfə 24 millinin mübarizə aparacağı yarışın açılış oyununda ev sahibi Fransa ilə Rumıniya üz-üzə gələcək.
Fransa millisi doğma azarkeşlər önündə ilk oyununu qələbəylə başa vurmaq niyyətindədi. Rumıniya üçün isə meydan sahibləri və turnirin əsas favoritlərindən olan “xoruzlar”la oyundan 1 xalla ayrılmaq da uğur hesab olunacaq.
Qrupun digər oyunu isə sabah İsveçrə və Albaniya arasında keçiriləcək.
Bu çempionatın ilk yeniliyi ondan ibarətdir ki, turnirin final mərhələsi 24 komandanın iştirakı ilə keçiriləcək. Bundan əlavə, əvvəlki yarışlardan fərqli, təkcə 1 və 2-ci yerlərin sahibi deyil, 3-cü yeri tutan komandaların da növbəti mərhələyə adlamaq şansı olacaq. Belə ki, 6 qrup üçüncüsündən ən yaxşı nəticəyə malik 4-ü adını 1/8 finala yazdıracaq. Yeri gəlmişkən, 1/8 final həyəcanı da Avropa çempionatlarında ilk dəfə yaşanacaq.
A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə
10 iyun
23:00. Fransa – Rumıniya
11 iyun
17:00. Albaniya – İsveçrə
15 iyun
20:00. Rumıniya – İsveçrə
23:00. Fransa – Albaniya
19 iyun
23:00. İsveçrə – Fransa
23:00. Rumıniya – Albaniya
B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya
11 iyun
20:00. Uels – Slovakiya
23:00. İngiltərə – Rusiya
15 iyun
17:00. Rusiya – Slovakiya
16 iyun
17:00. İngiltərə – Uels
20 iyun
23:00. Slovakiya – İngiltərə
23:00. Rusiya – Uels
C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya
12 iyun
20:00. Polşa – Şimali İrlandiya
23:00. Almaniya – Ukrayna
16 iyun
20:00. Ukrayna – Şimali İrlandiya
23:00. Almaniya – Polşa
21 iyun
20:00. Şimali İrlandiya – Almaniya
20:00. Ukrayna – Polşa
D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya
12 iyun
17:00. Türkiyə – Xorvatiya
13 iyun
17:00. İspaniya – Çexiya
17 iyun
20:00. Çexiya – Xorvatiya
23:00. İspaniya – Türkiyə
21 iyun
23:00. Xorvatiya – İspaniya
23:00. Çexiya – Türkiyə
E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç
13 iyun
20:00. İrlandiya – İsveç
23:00. Belçika – İtaliya
17 iyun
17:00. İtaliya – İsveç
18 iyun
17:00. Belçika – İrlandiya
22 iyun
23:00. İsveç – Belçika
23:00. İtaliya – İrlandiya
F qrupu: Portuqaliya, İslandiya, Avstriya, Macarıstan
14 iyun
20:00. Avstriya – Macarıstan
23:00. Portuqaliya – İslandiya
18 iyun
20:00. İslandiya – Macarıstan
23:00. Portuqaliya – Avstriya
22 iyun
20:00. Macarıstan – Portuqaliya
20:00. İslandiya – Avstriya