Bu gün Bakının işğaldan azad edilməsi günüdür

Türkiyənin Bakıdakı səfirliyinin nümayəndləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Source:


Türkiyənin  Bakıdakı səfirliyinin nümayəndləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Sentyabrın 15-i Bakının “Daşnaksutyun” Partiyasının və “Sentrokaspi diktaturası” hökumətinin eser-menşevik hərbi birliklərindən, ingilis ekspedisiya qruplaşmasından  azad edilməsinin 96-cı ildönümü tamam olur.

Bu məqsədlə ötən gün və bu gün ölkənin müxalifət və ictimaiyyət nümayəndələri, Türkiyənin  Bakıdakı səfirliyinin nümayəndləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və AXC milli ordusu Bakını düşmən qüvvələrin işğalından azad edib.

Bundan sonra 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçüb.

Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabit, beş min Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçsə də Qarabağ daşnakların nəzarətində qalıb. Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa isə yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

Ana səhifəXəbərlərBu gün Bakının işğaldan azad edilməsi günüdür