Bu gün Azərbaycanda 9 nəfər koronavirusdan ölüb

İnfeksiyaya yoluxanların sayı yenə 400-ü keçdi

Source: google.az

İyulun 26-da Azərbaycanda 417 nəfər COVİD-19 infeksiyasına yoluxub, 602 nəfər müalicə olunaraq evə buraxılıb, 9 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirib ki, Azərbaycanda indiyədək 30050 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 417 pasient isə ölüb. Hazırda 6949 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur.

Operativ qərargah son sutkada 7296, ötən müddətdə isə ümumilikdə 683548 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialBu gün Azərbaycanda 9 nəfər koronavirusdan ölüb