Ölənlər də var
İyunun 22-də Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 369 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə ölüb.
İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4345 test keçirilib. Bugünədək edilən testlərin ümumi sayı isə 426 394-dür.