“Doğrudur, bu fakültəni bir dönəm digər universitetlərdə də açdılar. Əslində, o zaman jurnalistikanın infrastrukturu pozuldu”
“Hazırda mətbuat 4-cü hakimiyyətdir. Yəni, onlar öz fikirlərini ortaya qoya bilər, açıqlama verə bilərlər. Ancaq bu düşüncə gərək çox ədalətli olsun. Bu gün Azərbaycanımız çox dinamik inkişaf edir”. AZADİNFORM xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.
O qeyd edib ki, inkişaf etdikcə dostlarımızla bərabər düşmənlərimiz də ortaya çıxır: “Belə ki, onlara qrantlar, proqramlar verirlər. Ona görə də, bəzən “jurnalistlər” hakimiyyətin əleyhinə fikirlər formalaşdırırlar”.
A.Məhərrəmov deyib ki, bu cür “jurnalistlər”in heç biri BDU-nun jurnalistika fakültəsinin məzunu deyillər: “Belə ki, onlar ordan – burdan, saxta yolla haradansa diplom alır və baş redaktor olurlar. Bu insanlar istəmir ki, Azərbaycan inkişaf etsin, müstəqil olsun. Azərbaycan heç vaxt bu cür inkişaf etməyib. Ona görə də, jurnalistika düzgün inkişaf etməlidir. Düzgünləri deməlidir”.
Rektor bildirib ki, BDU jurnalistikanın mərkəzidir: “Doğrudur, bu fakültəni bir dönəm digər universitetlərdə də açdılar. Əslində, o zaman jurnalistikanın infrastrukturu pozuldu”.