İyulun 4-də Dərnəgül qəsəbəsində yerləşən qaçqın yataqxanasında yanğın baş verib. Nəticədə 5 ev zərər görüb. Yataqxana sakinləri bildirir ki, həmin gündən qonşularda, qohumlarda gecələyirlər. Yanğının baş verməsinə ilk səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilib. Hadisə baş verən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları əraziyə gəlib. Sakinlərin deyir ki, həmin gündən sonra onlarla maraqlanmayıblar. Səbinə Vəliyevanın sözlərinə görə, qurumdan ona bildiriblər ki, yardım etmək üçün Fövqəladə Hallar Nazirliyinin rəyini gözləyirlər.
Sərmayə Əliyeva deyir ki, bu balaca otaqda 5 nəfər yaşayır. Yanğın baş verən gün alovun içindən ancaq canlarını qurtara biliblər. Ələ gəlinəsi əşyaları qalmayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirir ki, yataqxanada yaşayan məcburi köçkün ailələrinə 1 aylıq kirayə haqqı ödənib.
Səbinə Vəliyevanın artıq gecələməyə yeri yoxdur. O, yanan evinin təmir olunmasını və əşyalarının verilməsini istəyir.