“Bu, birbaşa Cəmil Həsənlidən qisas almaq cəhdidir”(VİDEO)

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılıb. Prosesdə zərərçəkən Ədilə Səlimova da iştirak edib.

O, Günel Həsənlini günahsız hesab etdiyindən, məhkəmənin hökmündən apellyasiya şikayəti verdiyini deyib.

Məhkəmədə iştirak edən AXCP sədri Əli Kərimli və professor Cəmil Həsənli bildiriblər ki, Cəmil Həsənlidən siyasi fəaliyyətinə görə, qızı vasitəsi ilə qisas alınır

 Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə qaldırdıqları vəsatətləri təmin etməyib

Növbəti proses aprelin 24-nə təyin olunub.

Ana səhifəVideo“Bu, birbaşa Cəmil Həsənlidən qisas almaq cəhdidir”(VİDEO)