” Bu, bələdiyyə seçkiləri yox, bələdiyyə üzvlərinin təyinatıdır”

Akif Qurbanov: “Bələdiyyə seçkilərinin bu cür keçirilməsi 2015-ci parlament seçkilərinin də bu cür keçiriləcəyi barədə hakimiyyətin mesajıdır”

Source:


Akif Qurbanov: “Bələdiyyə seçkilərinin bu cür keçirilməsi 2015-ci parlament seçkilərinin də bu cür keçiriləcəyi barədə hakimiyyətin mesajıdır”

Bələdiyyə seçkiləri adı altında əslində yerli özünüidarəetmə orqanlarına üzvlərin təyinatı prosesi keçirilib. Bu barədə “Turan İA”-a seçkilərin monitorinqini keçirən Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov bildirib.

Onun sözlərinə görə, seçki kampaniyası zamanı hakimiyyət və hökumətyönlü KİV düzgün seçki atmosferi yaratmayıb. Hakimiyyəti dəstəkləməyən namizədlərə təzyiqlər edilib. Bir çoxu öz namizədliyini geri götürməyə məcbur edilib, bəziləri qeydiyyata alınmayıb, bəzilərinin qeydiyyatı ləğv edilib.

A.Qurbanov hesab edir ki, indiki bələdiyyə seçkiləri 2009-cu ildə olduğundan pis keçib.

Onun fikrincə, Azərbaycan Avropa Yerli Özünüidarəetmə Xartiyası çərçivəsində öhdəliklərini yerinə yetirmir, bələdiyyələrin statusunu genişləndirmir. Bir tərəfdən bələdiyyələrin real səlahiyyətləri yoxdur, digər tərəfdən demokratik seçki mühitinin olmaması seçici fəallığının aşağı olacağını irəlicədən müəyyən edir.

DTİ 15 seçki dairəsində 60 məntəqədə monitorinq aparıb. Hətta çoxsaylı “karusel”- bir şəxsin bir neçə nəfərin əvəzinə səs verməsi –  əməliyyatından sonra iştirak 20%-dən çox olmayıb. Bütün bunlar seçicilərin 39%-nin səsvermədə iştirakı barədə MSK-nın rəsmi məlumatları ilə ziddiyyət təşkil edir.

Bundan əlavə, məntəqələrdə müşahidəçilər üçün problemlər yaradılıb.

A.Qurbanov hesab edir ki, bələdiyyə seçkilərinin bu cür keçirilməsi 2015-ci parlament seçkilərinin də bu cür keçiriləcəyi barədə hakimiyyətin mesajıdır.

Ana səhifəXəbərlər” Bu, bələdiyyə seçkiləri yox, bələdiyyə üzvlərinin təyinatıdır”