“Bu axşamdan qaz problemi həll olunacaq”

“Hazırda qaz xətlərinin üzərində tənzimləmə qurğuları vasitəsilə tənzimləmə işləri aparılır”

Source:


“Hazırda qaz xətlərinin üzərində tənzimləmə qurğuları vasitəsilə tənzimləmə işləri aparılır”

Azərbaycan qış mövsümünə keçsə də, ölkənin əksər bölgələrində qaz yoxdur. Paytaxtın qəsəbələri başda olmaqla Sumqayıtda, Mingəçevirdə, Şirvanda və bir sıra şəhərlərdə əhali qazsız qalıb. Televiziyalar vətəndaşların narazılıqlarını efirə versələlər də, vəziyyət dəyişməyib.

Azəriqaz-ın mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev Meydan TV-nin yaranmış durumla bağlı sorğusuna cavab verib ki, onlar əhalini məlumatlandırıblar: “Əhalinin təlabatına uyğun təbii qazın verlişi tərəfimizdən təmin olunur. Sadəcə olaraq, bəzi ərazilərdə yüksək təzyiq başqa bir ərazidə təzyiqin azlığı hiss olunur. Buna görə hazırda qaz xətlərinin üzərində tənzimləmə qurğuları vasitəsilə tənzimləmə işləri aparılır. Müəyyən olunan adıçəkilən bölgələrdə noyabrın 18-i axşamdan qazın verilməsində heç bir problem yaşanmayacaq”.

Ana səhifəXəbərlər“Bu axşamdan qaz problemi həll olunacaq”