Brüssel polisi terrorçuluqla mübarizə çərçivəsində axtarış aparıb. Bu zaman terrorçuluqda şübhəli bilinən 4 nəfəri saxlayıb.
Bundan başqa Avtomat Kalaşnikov silahı və sursat aşkar edilib.
Bu barədə iyulun 5-də RTBF televiziya kanalı məlumat yayıb. Polis bir neçə mənzildə axtarış aparıb.
“İslam dövləti” qrupu da daxil olmaqla onların radikal islamçılarla əlbir olduqları bildirilir.
Saxlananlar bundan əvvəl-yeni il ərəfəsində Brüsseldə terror aktına hazırlaşmaqda ittiham olunurdular.
İyunun sonlarında Brüssel vağzalında növbəti terror cəhdinin qarşısı alınıb.
Əslən mərakeşli olan bir nəfər çantadakı partlayıcını işə salmaq istəyərkən polis onu yerindəcə güllələyib.
2015-ci ilin martında Belçikada törədilən terror aktlarından sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Həmin vaxt paytaxtdakı hava limanı və metroda törədilən partlayışlarda 32 adam öldü.
Bu hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.
Mənbə: AzadlıqRadiosu