Britaniyanın Baş naziri Consonun vəziyyətinin sabit olduğu deyilir

Baş nazir Xarici işlər nazirindən onu əvəz etməsini xahiş edib

Source: AFP


Baş nazir Xarici işlər nazirindən onu əvəz etməsini xahiş edib

Böyük Britaniyanın Baş naziri Boris Consonun (Johnson) vəziyyəti çərşənbə axşamı oksigen dəstəyi aldıqdan sonra sabitləşib. O reanimasiyadadır, – “Reuters” xəbər verir.

Consonun koronavirusa tutulması ölkəni sarsıdıb. Elm adamları Birləşmiş Krallığın pandemiyanın ən təhlükəli mərhələsini keçdiyini deyib. İndiyədək ölkədə 5,373 nəfər xəstəlikdən vəfat edib. Dünyada isə bu rəqəm 70,000 nəfərdir.

55 yaşlı Conson 10 gündən çox yüksək temperatur və öskürək də daxil olmaqla koronavirus simptomlarından davamlı əziyyət çəkdikdən sonra bazar günü St Thomas xəstəxanasına qəbul edilib.

Lakin onun vəziyyəti növbəti 24 saat ərzində sürətlə pisləşməyə doğru gedib və bazar ertəsi günü ən ağır halların müalicə olunduğu reanimasiya şöbəsinə köçürülüb. Consonun komandası onun şüurunun üstündə olduğunu deyib. Lakin vəziyyəti ağırlaşarsa, Baş naziri ventilyatora qoşa bilərlər.

“O, standart oksigen müalicəsi alır və başqa heç bir yardım olmadan nəfəs alır”, – Consonun sözcüsü jurnalistlərə deyib.

“Baş nazirin vəziyyəti bu gecə sabit olub və yaxşı əhval- ruhiyyədədir,” o deyib: “O mexaniki ventilyasiya və ya süni tənəffüs dəstəyini tələb etməyib”.

Koronavirusdan müsbət nəticə əldə etdikdən sonra xəstəxanaya yerləşdirilən Consonun yoxluğunda dünyanın beşinci böyük iqtisadiyyatına belə kritik məqamda kimin rəhbərlik etməsi ilə bağlı suallar narahatlıq doğurur.

Baş nazirin yoxluğunda İngiltərədə rəsmi varislik planı olmadığı üçün Conson 46 yaşlı Xarici işlər naziri Dominik (Dominic) Raabdan lazım olduğu təqdirdə onu əvəz etməsini xahiş edib, – “Downing Street” deyib.

Raab çərşənbə axşamı hökumətin COVID-19 təcili reaksiya iclasına sədrlik edib. Nazirlər Birləşmiş Krallığın nüvə silahlarına nəzarətin kimin əlində olduğunu deməyib. Ölkənin nüvə gücünə nəzarət Baş nazirin səlahiyyətindədir.

Raab media konfransında deyib ki, hökumətin idarəçiliyi hələ də Consonun əlindədir. Bununla yanaşı Raab bildirib ki, o, şənbə günündən bəri Baş nazirlə birbaşa ünsiyyətdə olmayıb.

Britaniya liderləri digər dünya başçılarından fərqli olaraq tibbi müayinələrin nəticələrini ictimailəşdirmirlər.

1938-ci ildə nasistlərdən qaçan çex əsilli, yəhudi mühacirin oğlu Raab önəmli bir dönəmdə rəhbərliyi ələ alıb. Ölənlərin sayının ən azı 12 aprelə qədər artacağı bildirilir və bu zaman müddətində İngiltərə ölkədə təcridin nə vaxt qaldırılacağına qərar verməlidir.

Ana səhifəDünyaBritaniyanın Baş naziri Consonun vəziyyətinin sabit olduğu deyilir