Britaniyada yeni hökumət qurulacaq (yenilənib)

Leyboristlərin lideri Ceremi Korbin baş naziri istefaya çağırıb

Source:
Tereza Mey


***


Britaniyanın baş naziri Tereza Mey yeni hökümət formalaşdıracağı haqda danışıb.


O, bildirib ki, bu


 hökümət Britaniyanı hazırki kritik anda irəli apara biləcək:


“Yeni hökümət Birləşmiş Krallığı Avropa Birliyindən alıb, ingilis xalqına təslim edəcək. Faciəvi Mançestr və London hücumlarından sonra mən, milli təhlükəsizliyi təmin etmək üçün dəyişiklik edirəm. Bu dəyişiklik islam ekstermizminə və onu dəstəkləyən hər kəsə qarşı mübarizəni hədəfləyib. Biz polisə və güc strukturlarına ölkənin təhlükəsizliyini təmin etmək üçün səlahiyyət veririk”.


***


Leyboristlərin lideri Ceremi Korbin baş naziri istefaya çağırıb

İyunun 8-də Böyük Britaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.

Hazırkı baş nazir Tereza Meyin rəhbərlik etdiyi mühafizəkarlar 650 mandatdan 300-nü, Ceremi Korbinin lLyboristlər Partiyası 251-ni əldə ediblər.

Şotlandiya Milli Partiyası 34, Liberal Demokratik Partiyası 11 mandat qazanıb.

Səslərin hesablanması davam etdirilir.

BBC yazır ki, ilkin nəticələrə görə, Britaniya parlamenti bir partiyadan asılı olmaya bilər. Belə bir nəticə 2010-cu il ümumi seçkilərdən sonra da yaşanıb.

Böyük Britaniyada seçki nəticələrinin böyük hissəsinin hesablanmasından sonra, parlamentində ən iri partiya kimi Mühafizəkarların olacağı müəyyən olub.

Bu o deməkdir ki, Baş Nazir Tereza Mey seçkiyə çağırış etməmişdən əvvəl əlində olan bir neçə yeri itirib.

Leyboristlərin lideri Ceremi Korbin baş naziri istefaya çağırıb, amma Tereza Mey “ölkənin stabilliyə ehtiyacı var” deyə cavab verib.

Ana səhifəXəbərlərBritaniyada yeni hökumət qurulacaq (yenilənib)