Britaniyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır.
Bu barədə mayın 8-də Böyük Britaniyanın daxili işlər naziri Ceyms Kleverlin parlamentdə bildirib.
Nazir Rusiyanın bir neçə diplomatik binalarının da bağlanacağını vurğulayıb:
“Çıxarılacaq adam Rusiya hərbi kəşfiyyat xidmətinin üzvüdür. Böyük Britaniya həmçinin Rusiyaya diplomatik vizaların verilməsinə yeni məhdudiyyətlər, o cümlədən rusiyalı diplomatların ölkədə qalma müddətinə məhdudiyyət tətbiq edəcək”.
O, xarici işlər naziri ilə bu barədə açıqlama verəcəklərini deyib:
“Bu gün xarici işlər naziri ilə birlikdə Rusiyaya aydınlaşdırmaq üçün tədbirlər paketini elan edirəm ki, bu cür açıq-aşkar gərginliyə dözməyəcəyik”.
“Bütün bunlara cavab olaraq Rusiyadan rusofobiya, konspirasiya nəzəriyyələri və isteriya ittihamlarını eşidəcəyik. Bizim cavabımız qəti olacaq. Rusiyaya açıq mesajımız var: bu qanunsuz müharibəni dayandırın, qoşunlarınızı Ukraynadan çıxarın”, – deyə nazir əlavə edib.
Bu açıqlamadan sonra Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Səfirə görülən tədbirlər barədə məlumat vermək və Londonun Rusiyanın bu cür hərəkətlərinə dözməyəcəyini bir daha bəyan etmək üçün çağırıldığı deyilib”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Londonun Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına adekvat cavab verəcəklərini bildirib.