Böyük Britaniya

Mənbə: arxiv

Başlıq: Böyük Britaniya

Britaniya post-Aİ dövründəki planlarını açıqlayıb

İngiltərənin ən böyük dövlət qulluğu üzrə vəkili çərşənbə axşamı hökumətin planları qanunları pozacaq deyə istefa verib

İngiltərə yeni planların beynəlxalq hüquqa zidd olacağını və yanvar ayında imzalanmış Brekzit müqaviləsinə “aydınlıq gətirəcəyini” elan edərək, Avropa İttifaqı ilə ticarət danışıqlarını təhlükəyə atıb, - “Reuters” xəbər verir.

Hökumətin beynəlxalq qanunu “çox spesifik və məhdud bir şəkildə” pozacağını söylədiyi planların açıqlanması İngiltərəni ticarət mövzusunda heç bir razılaşma olmadan Avropa İttifaqının vahid bazar məkanından kənarlaşdıra bilər.

İngilis poundu cümə günündən bəri dollara nisbətdə 1.8 % düşüş yaşayıb və altı həftə ərzində ən aşağı səviyyəyə enib.

İngiltərə yanvarda Aİ-dən çıxıb, lakin dekabrda bitəcək status-kvo razılaşmasına əsasən vahid bazarın bir hissəsi olaraq qalırdı. Tərəflər arasında ticarət razılaşması üzərində danışıqlar gedirdi, lakin krallıq əlverişli şərtlərlə razılaşa bilməyəcəyi təqdirdə sazişdən uzaqlaşacağını deyib.

İngilis hökumətinin Şimali İrlandiyadan məsul naziri Brandon Lyuis (Lewis) çərşənbə axşamı parlamentə deyib ki, yeni qanun layihəsi beynəlxalq hüquqa ziddir, lakin tərəflər ticarət razılığına gələ bilməzsə, Brekzit müqaviləsini yenidən dəqiqləşdirmək lazım olacaq.

İrlandiyanın Baş naziri Maykl (Micheal) Martin məsələ ilə bağlı “çox güclü narahatlıqlarını” ifadə etmək üçün Conson ilə danışacağını deyib, onun köməkçisi Leo Varadkar isə bunu əks nəticə verən “kamikaze” adlandırıb.

İngiltərənin ən böyük dövlət qulluğu üzrə vəkili çərşənbə axşamı hökumətin planları qanunları pozacaq deyə istefa verib.

Ticarət danışıqları balıqçılıq və dövlət yardımı mövzusundakı fikir ayrılıqlarına görə dayandırılıb. Avropa İttifaqının əsas Brekzit müzakirəçisi Mişel (Michel) Barnier ingiltərəli həmkarı David Frostla görüşmək üçün çərşənbə günü Londona gəlir. Hər iki tərəf oktyabr ayına qədər razılaşmalı olduğunu deyir.

Aİ İngiltərəyə Brekzit müqaviləsinin qaydalarına uymazsa, ticarət anlaşmasının olmayacağı xəbərdarlığını edib.

“Aydın olan odur ki, razılaşdırılmış müqavilələr yerinə yetirilməlidir”,- Almaniyanın İqtisadiyyat naziri Peter Altmayer (Altmaier) deyib.

“Bu o deməkdir ki, danışıqlar Aİ və İngiltərə arasında imzalanan razılaşmanın məzmununa edilmiş birtərəfli dəyişikliklərlə yüklənməməlidir”.

Bu həftə Baş nazir Boris Conson deyib ki, hər iki tərəf heç bir razılığa gələ bilmədiyi təqdirdə tərəflər önünə baxmalıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/19d3k0

Ən çox baxılan