Britaniya iki Rusiya vətəndaşını ittiham edib

Rusiya vətəndaşları Sergey Skripal və onun qızına sui-qəsdə günahlandırılırlar

Source:
Aleksandr Petrov və Ruslan Boşirov
Aleksandr Petrov və Ruslan Boşirov


Rusiya vətəndaşları Sergey Skripal və onun qızına sui-qəsdə günahlandırılırlar

Böyük Britaniyanın prokurorları Rusiyanın iki vətəndaşını

mart ayında

Sergey Skripal və onun qızı Yuliyanı zəhərləndirməklə qətlə cəhddə itiham edib.

Bu barədə “

Amerikanın səsi

” məlumat yayıb.

Bildirilib ki, Prokurorluq Ofisinin hüquqi xidmətlər şöbəsində Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirova qarşı kimyəvi silahlara dair qanunu pozaraq, “Noviçok”dan istifadə edilməsi ittihamlarının irəli sürülməsi üçün kifayət qədər dəlil var.

Ancaq Kral Prokurorluq Ofisinin hüquqi xidmətlər şöbəsinin direktoru Syu Hemminq Britaniyanın Rusiyadan onların təhvil verilməsini istəməyəcəyini deyib. Çünki Rusiya Konstitusiyası ölkə vətəndaşlarının esktradisiya edilməsinə icazə vermir.

Amma adları çəkilən şəxslər başqa ölkələrə səfər etdikləri halda onların Avropada həbsinə order verilib.

Polis Aleksandr Petrov və Ruslan Boşirovun 40 yaşlarında olduğunu, onların Skripalların zəhərlənməsindən iki gün əvvəl Rusiya pasportları ilə Moskvadan Londona uçduğu bildirir.

Ana səhifəXəbərlərBritaniya iki Rusiya vətəndaşını ittiham edib