Britaniya dəniz piyadalarının Ukraynadakı əməliyyatlarda iştirak etdiyi bildirilir

Rusiya, Böyük Britaniya və Ukrayna. Foto: OnePixelStudio/shutterstock

Robert Maqoven bunu “siyasi və hərbi risk” sayıb

Britaniya dəniz piyadaları Ukraynada gizli əməliyyatlarda iştirak edib.

“Times” xəbər verir ki, bunu Britaniya dəniz piyadalarının keçmiş komandanı, 2021-ci ilin aprelindən 2022-ci ilin mayına qədər bu vəzifədə olmuş general-leytenant Robert Maqoven deyib.

Maqovan bildirib ki, Rusiya ordusu hərbi əməliyyatlara başlayandan sonra o, Britaniya səfirliyindən olan diplomatları müşayiət etmək üçün Ukraynaya göndərilib.

Generalın sözlərinə görə, Britaniya dəniz piyadalarının Ukraynadakı vəzifələri yüksək səviyyədə “siyasi və hərbi risk” daşıyıb.

Robert Maqoven. Foto: “thetimes.co.uk”

O, bu vəzifələrin nədən ibarət olduğunu açıqlamayıb.

2022-ci ilin martında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı açıqlama vermişdi.

Britaniya ordusu 5 ildir ki, Ukraynanı NATO-ya üzv olmağa hazırlayır”, – deyə o bildirmişdi.

Hazırda Ukraynada Rusiya Silahlı Qüvvələrinin hərbi əməliyyatı davam edir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları – Luqansks və Donetski tanıdığını bəyan etdikdən 2 gün sonra, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Rusiya bunu “xüsusi hərbi əməliyyatlar” adlanıdırıb.

Müharibədən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı sərt sanksiyalar qəbul ediblər.

Ana səhifəDünyaBritaniya dəniz piyadalarının Ukraynadakı əməliyyatlarda iştirak etdiyi bildirilir