Bridcet Brink: “Danışıqlar prosesində irəliləyiş görmək istəyirik”

“Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması hәr kәsin – Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, regional dövlәtlәrin ABŞ-ın maraqlarındadır”

Source:

“Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması hәr kәsin – Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, regional dövlәtlәrin ABŞ-ın maraqlarındadır”

“ABŞ Dağlıq Qarabağ münaqişәsi ilә bağlı danışıqlar prosesindә daha çox irәlilәyiş görmәk istәyir. Biz Minsk qrupunun Azәrbaycan vә Ermәnistan rәhbәrliyi ilә işlәyәrәk ilin sonuna kimi prezidentlәrin görüşünü keçirmәk sәylәrini dәstәklәyirik”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, xanım Bridcet Brink deyib.

O, Minsk qrupunun kifayәt qәdәr aktiv qrup olduğunu qeyd edib: “Bizim qrupdakı sәfirimiz Ceyms Uorlik dә münaqişәnin sülh yolu ilә hәllində maraqlıdır vә aktivlik göstәrir. Minsk qrupu vasitәçilik fәaliyyәti ilә mәşğuldur. Lakin münaqişәnin hәll olunması ilә bağlı son qәrar dövlət rәhbәrlәrinin üzәrinә düşәn mәsәlәdir. ATӘT-in Minsk qrupu buna tәkan verir. Biz bunu dәstәklәyirik. Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması hәr kәsin – Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, regional dövlәtlәrin ABŞ-ın maraqlarındadır. ABŞ münaqişәnin Minsk qrupu çәrçivәsindә hәllini dәstәklәyir”.

Ana səhifəXəbərlərBridcet Brink: “Danışıqlar prosesində irəliləyiş görmək istəyirik”