“Brexit”

Mənbə: Foto: Meydan TV

Başlıq: “Brexit”

“Brexit”dən sonra təxminən 500 min Aİ vətəndaşı İngiltərədə yaşayış statusu almalıdır

“Bu, Britaniya tarixində həyata keçirilmiş ən böyük planlamadır”

İngiltərədə yaşayan təxminən 500,000 Avropa İttifaqı vətəndaşı “Brexit”dən sonra ölkədə qalmalarını təmin etmək üçün lazım olan yeni immiqrasiya statusu üçün hələ müraciət etməyib, - “Reuters” xəbər verir.

Hökumət keçən həftə blokdan çıxdıqdan sonra Avropa İttifaqından olan miqrantlara verilən prioritetləri sona çatdıraraq Britaniyanın sərhəd nəzarətinə son illərin ən böyük dəyişikliyini tətbiq edib.

Hökumətin statistikası göstərir ki, Avropa İttifaqının 3 milyon vətəndaşı və onların ailə üzvləri Britaniyada qalmaq üçün hökumətin icazə forması olan "məskunlaşmış status"undan ötrü müraciət edib.

Rəqəmlər ötən ilin mart ayında işə salınan sxem üçün çox sayda müraciətin olduğunu göstərir. Eyni zamanda rəqəmlər bütün Avropa İttifaqı vətəndaşlarının düzgün müraciət etməsini təmin etmək üçün hökumətin qarşısında duran vəzifələrin olduğunu vurğulayır.

Daxili işlər naziri Priti Patel prosedurdan məmnuniyyətini bildirib və Avropa İttifaqı üzvlərini də Avropada yaşayan Britaniya vətəndaşlarına eyni statusu təmin etməyə çağırıb.

“Bu, Britaniya tarixində həyata keçirilmiş ən böyük planlamadır”,- Patel deyib:

“İndi Avropa İttifaqı ölkələrinin də oxşar planlamanı qəbul etməsinin vaxtı çatıb”.

Təxminən 3,5 milyon Avropa vətəndaşı Birləşmiş Krallıqda yaşayır və ən azı ilin sonuna qədər məskunlaşma statusuna müraciət etməlidir.

Lakin hüquqşünaslar deyirlər ki, ölkədə qanuni olan bir çox Avropa İttifaqı vətəndaşı səhiyyə kimi hüquqlarını itirə bilərlər.

İndiyə qədər işlənmiş müraciətlərin 58 faizinə daimi qalmaq hüququ verilib, 41 faizi isə müvəqqəti qalmaq statusu alıb. Bu statusda olanlar beş ildən sonra yenidən Britaniyada yaşama statusuna müraciət etməlidir.

Avropa Parlamenti keçən ay Avropa İttifaqı vətəndaşlarının “Brexit”dən sonra mənzil və iş axtararkən ayrı-seçkiliyə məruz qalmasından narahatlığını ifadə edib.

Bu narahatlıq Təhlükəsizlik naziri Brandon Lyuisin (Lewis) bəyanatından sonra ortaya çıxıb. Nazir deyib ki, Avropa İttifaqı vətəndaşları məskunlaşma statusuna müraciətdə uğursuz olarsa, onlar ölkələrinə deportasiya edilə bilərlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/d4fwx1

Ən çox baxılan