Bugün Brent markalı neftin qiyməti yenidən kəskin şəkildə ucuzlaşıb.
Meydan TV Bloomberg-ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti dünya birjalarında 4 faizdən çox ucuzlaşaraq, 35.52 dollara enib.
Brent markalı neftlə yanaşı ABŞ-ın bazara yeni çıxardığı Texas markalı neftin qiymətində də ucuzlaşma olub. Belə ki, WTI markalı neftin qiyməti 59 sent ucuzlaşaraq 35.38 dollara qədər ağağı enib.
Neftin dünya bazarında ucuzlaşması prosesi davam edir.
Brent markalı neft son 11 ildə ən aşağı qiymət həddinə enib.