Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb: 61 nəfər ölüb

Foto: Reuters

Ölkədə 3 gün matəm elan olunub

Braziliyada sərnişin təyyarəsinin qəzaya uğradığı və nəticədə 61 nəfərin öldüyü bildirilir.

Məlumata görə, “Voepass Linhas Aéreas” şirkətinə məxsus turbovintli təyyarə “ATR 72” daxili reyslə Kaskavel şəhərindən Quarulyus hava limanına uçurmuş.

Təyyarədə 58 sərnişin və 4 ekipaj üzvü olub.

Fəlakətdən heç kimin sağ çıxmadığı bildirilir.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Ana səhifəDünyaBraziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb: 61 nəfər ölüb