''Bravo'' çörəyin qiymətini bahalaşdırıb

Nazir: ''Hazırda çörəyin qiymətində hər hansı dəyişiklik gözlənilmir''

“Bravo” marketlər şəbəkəsi çörəyin qiymətini bahalaşdırıb. İndiyə qədər 25 qəpiyə satılan zavod çörəyi hazırda 29 qəpiyədir.

Bir gün əvvəl, fevralın 18-də isə iqtisadiyyat naziri Şahin Mustafayev çörəyin qiymətində artım olmayacağını deyib.

Oxu.az”-ın məlumatına görə, nazir açıqlamasında deyib ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir və idxal etdiyi ölkələrdə buğdanın qiyməti bir qədər artıb, ancaq bunun Aəzrbaycana təsiri olmayacaq:

“Hökumət tərəfindən zəruri tədbirlər görülüb. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla, həmçinin, ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib, hesablamalar aparılıb. Hazırda çörəyin qiymətində hər hansı dəyişiklik gözlənilmir. Lazım olan hallarda hökumət tərəfindən əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir etməsin”.

O bildirib ki, bazarda qiymətlər gündəlik nəzarətdə saxlanılır:

“Bütün zəruri ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Hazırda hər hansı süni qiymət artımına rast gəlinmir. Hökmran mövqeyə malik sahibkarlar tərəfindən süni qiymət artımına yol verilməsinin qarşısı daim alınır. Bazar prosesində bəzi qiymətlər arta, düşə bilər.
Bu, normal prosesdir. Əsas odur ki, hökumət tərəfindən, aidiyyəti strukturlar tərəfindən nəzarət təmin olunur. Süni qiymət artımı aşkar olunarsa, dərhal müdaxilə olunur, tədbirlər görülür. Digər tərəfdən, qiymətlərin artım səbəbləri araşdırılır və zəruri olan hallarda mütləq iqtisadi alətlərlə qarşısı alınır”.

Ş.Mustafayev vurğulayıb ki, dövlət tərəfindən ölkədə süni qiymət artımlarının qarşısının alınması üçün tədbirlər görülür:

“Ölkəyə idxal olunan, payı 35 faizdən yuxarı olan idxalçılar, eyni zamanda, istehsalda analoji payı olan istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməzlər”.

Qiymət artımı digər ərzaq məhsullarında da müşahidə olunur.

Son bir həftədə satış mərkəzlərində siqaretin, xamanın, şorun, yuyucu tozun və digər məhsulların qiymətində artım müşahidə olunub.

İqtisadçılar bu barədə Meydan TV-yə danışıblar. Onların fikrincə, növbəti bahalaşma dalğası gözlənilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/se34cg

Ən çox baxılan