“Turan İA”: “Amma erməni əsirlərinə baş çəkdiyini deyir”
Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “Turan İA”-ın “Milli Şuranın sədri Cəmil Həsənlinin BQXK-də görüşü zamanı həbsdə olan Leyla və Arif Yunuslara baş çəkilməsi və onlara dərmanların çatdırılması ilə bağlı xahişi yerinə yetirilibmi?” – sualının cavab verib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həmin şəxsi qəbul edib, məlumatlarını dinləyib və bunlar nəzərə alınıb.
Onun sözlərinə görə, BQXK mütəmadi olaraq saxlanma yerlərinə baş çəkir. “Bununla yanaşı, BQXK hansı saxlanma yerində olduğu və kimlərə baş çəkdiyi ilə bağlı ictimaiyyətə məlumat vermir”.
“Turan İA” bildirir ki, bununla belə, BQXK-nin ictimaiyyətlə əlaqələr şöbəsi digər informasiya agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının Azərbaycanda saxlanılan bir erməni əsir və 5 mülki şəxsə baş çəkdiyi barədə məlumat verib.