“Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir”
2015-ci ilin üçüncü rübünün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub.
“Marja” xəbər verir ki, bu ilin 9 ayında BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 127 nəfər azalıb. Bu da BP-nin orta hesabla hər 2 gündən bir 1 azərbaycanlını işdən çıxartdığı deməkdir.
2014-cü ilin axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 992 nəfər təşkil edirdi.
“Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir”,- BP şirkətinin Bakıdakı ofisindən bildirilib.
İşçilərin sayına BP-nin podratçı təşkilatlarında işləyənlərin sayı daxil deyil. Belə şirkətlərdə də ixtisarların aparıldığı bildirilir.