BP 2017-ci ilə qədər xərcləri 25 faiz azaltmağı planlaşdırır

Nizamlanan maliyyə xərclərinin 2017-ci ilə qədər təxminən 6 milyard azaldılacağı planlaşdırılır.

Source:

Böyük Britaniyanın ən iri neft-qaz şirkəti olan BP 2017-ci ilə qədər kapital xərclərini 2014-cü ildəki 22,9 milyard dollardan 17-19 milyard dollara qədər, başqa sözlə 17-25 faiz azaltmağı planlaşdırır. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin orta müddətli proqnozunda məlumat verilib.

Kəşfiyyat və hasilat üzrə xərclərin 2014-cü ildəki 19 milyard dollardan 15-16 milyard dollara qədər azalacağı gözlənilir. Satış və emal sahəsində, eləcə də şirkətin digər fəaliyyət sahələrində də xərclərin azalacağı proqnozlaşdırılır – 3,9 milyard dollardan 2-3 milyard dollara qədər.

Nizamlanan maliyyə xərclərinin 2017-ci ilə qədər təxminən 6 milyard azaldılacağı planlaşdırılır. Qeyri-əməliyyat xərclərinin 2016-cı ilin sonuna qədər 2,5 milyard dollara qədər azaldılacağı gözlənilir.

Britaniya şirkəti olan və dünyanın ən böyük altı neft şirkəti arasında yer alan BP 1909-cu ildə yaradılıb.

Ana səhifəXəbərlərBP 2017-ci ilə qədər xərcləri 25 faiz azaltmağı planlaşdırır