Böyükşor sakinləri icra başçısından prezidentə şikayət edirlər

Şirkətlərə məxsus ağır tonlu maşınlar tərəfindən yollar bərbad hala salınır

Source:


Şirkətlərə məxsus ağır tonlu maşınlar tərəfindən yollar bərbad hala salınır

Nərimanov rayonunun “Böyükşor” adlanan ərazisinin P/YUA 38/10 küçəsinin sakinləri Meydan TV-yə müraciət ediblər.

Müraciət həm də prezident İlham Əliyevə ünvanlanıb. Sakinlər rayon icra hakimiyyətinin müvafiq strukturlarının etinasızlığından narazılıqlarını dilə gətiriblər.

Müraciətdə bildirilir ki, Nərimanov RİH-nin başçısı vətəndaşların qəbulunu keçirib onların problemlərini öyrənməsinə baxmayaraq Böyükşor qəsəbəsi P/YUA 38/10 küçəsinin yolları və kanalizasiya xətləri hələ də düzəlmir: “Ərazidə Spark Beton Zavodu, İnci Şirkəti və Asfalt zavod kimi iri şirkətlər yerləşir ki, həmin şirkətlərə (Xüsusilə Spark Betona) məxsus ağır tonlu maşınlar tərəfindən yollar bərbad hala salınır. Onsuz da bərbad olan kanalizasiya xətləri dağıdılır. Bu isə sakinlərin ağır durumunu daha da çətinləşdirir”.

Müraciətdə daha sonra bildirilir ki, ərazidə yaşayan müəllim də, şagird də, hüquqşünas da, həkim də məktəbə, xəstəxanaya palçıqlı ayaqlarla və zülmlə gedir. Bir neçə aydan sonra bu ərazidə keçirilməsi planlaşdırılan Avropa oyunlarının bizlərə tək faydası isə hər tərəfdən hasara alınaraq varlığımızın gizlədilməsidir. Dəfələrlə yolları kəsməyin isə faydasızlığından ümid – yeni açılmış Ziya Bünyadov prospektini bağlamağa qalıb.

Ana səhifəXəbərlərBöyükşor sakinləri icra başçısından prezidentə şikayət edirlər