Maliyyə Nazirliyi

Mənbə: arxiv

Başlıq: Maliyyə Nazirliyi

“Böyük qurumlar 1 manat vergi ödəyib, əvəzində büdcədən 11 manat götürüb”

Dövlət büdcəsindən 5 şirkətə 2 milyard 45 milyon manat ayrılıb

2019-cu il 5 iri vergi ödəyicisi olan “Azəriqaz” ASC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərbaycan Dəmir Yolları“ QSC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC birlikdə 184,9 milyon manat vergi ödənişi edib. Ancaq həmin qurumlara dövlət büdcəsindən 2 milyard 45 milyon manat ayrılıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu, rəqəmlərdən aydın görünür. Belə çıxır ki, həmin qurumlar 1 manat vergi ödəyib, əvəzində büdcədən 11 manat götürüblər.

İqtisadçı əlavə edir ki, buna şərait yaradan hökumət hazırda pandemiya ilə mübarizə planı çərçivəsində sosial təminat üzrə dəstək üçün nəzərdə tutduğu 309 milyon manatın yalnız 244 milyon manatını birdəfəlik yardım proqramı çərçivəsində xərcləyib:

“Bu məbləğin 229 milyon manatı 600 min şəxsə aprel-may ayları ərzində verilib. 15 milyon manatı işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xərclənib. Yerdə qalan 65 milyon manatın (309 milyon manat - 244 milyon manat) 55 milyon manatı da iyun ayı ərzində 287 min nəfərə 190 manat birdəfəlik ödəmənin verilməsinə sərf edilib. Hazırda sosial təminata dəstək məqsədilə ayrılan vəsaitin 10 milyon manatı xərclənməmiş qalıb”.

Qubad İbadoğlu deyir ki, belə olan halda hökumət bu məbləğə 45 milyon manat da əlavə etməklə iyul ayı üçün 190 manat birdəfəlik ödəməni sərt karantin rejimində olan şəhər və rayonların əhalisinə verə bilərdi:

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Meydan TV

“Ancaq etmədi. Məncə, hökumət üçün prioritet olan onun korrupsiyalaşmış şirkətləridir. “Azəriqaz” ASC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərbaycan Dəmir Yolları“ QSC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi qurumlar. Çünki ordan pul oğurlamaq mümkündür, ona görə də onlara səxavətlə pul ayrılır, əhaliyə gələndə isə xəsislik edilir”.

Sonda iqtisadçı sual edir: Bəs sizcə, iri vergi ödəyicilərinin israfçılığına göz yumduqlarına görə 1 milyard 860 milyon manatı itirən hökumət əhaliyə 190 manat birdəfəlik yarım verməkdən niyə imtina edir və bununla nəyə nail olmaq istəyir?

Hökumət pandemiya dövründə də zərər çəkmiş sahələrə dövlət büdcəsindən 533 milyon manatdan çox maliyyə vəsaiti ayırmışdı. Dövlətdən dəstək alan qurumlardan biri də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti idi. Dövlət AZAL-a 86 mln. 900 min yardım ayırmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pkht4j

Ən çox baxılan