“Böyük futboldakı xəyallarımızı minifutbol gerçəkləşdirir”

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Bakıya dönüb. Futbolçular hava limanında azarkeşlərin coşqusu ilə qarşılanıb. Kimi rəqs, kimi musiqi alətlərində ifa edib, kimi də idmançılara dəstəyini şüar səsləndirməklə göstərib. Slovakiyanın Koşitse şəhərində keçirilən mini futbol üzrə Avropa çempionu olan milli komanda Azərbaycanın futbol tarixində ilkə imza atıb. Elşad Quliyevin baş məşqçi olduğu yığma finalda Rumıniyanı məğlubiyyətə uğradıb.

Ana səhifəVideo“Böyük futboldakı xəyallarımızı minifutbol gerçəkləşdirir”