Böyük Britaniyalı fəal hava limanında saxlanılıb

“Deyəsən sabah səhər geri uçacağam, amma dəqiq bilmirəm” söyləyən Emma Hughes akkreditasiya aldığını da deyib

Source:


“Deyəsən sabah səhər geri uçacağam, amma dəqiq bilmirəm” söyləyən Emma Hughes akkreditasiya aldığını da deyib

Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya yollanan Platform London təşkilatının fəalı Emma Hughes Bakı Beynəlxalq Aeroportunda saxlanıldığını bildirir.

BBC Azərbaycanca bu barədə məlumat yayıb.

Emma Hughes  BBC Azərbaycanca-ya deyib ki, Bakı vaxtı ilə saat 19:00 radələrində “pasportumu götürdülər, qırmızı siyahıda olduğumu və sərhədi keçə bilməyəcəyimi dedilər”.

“Mənə hələ izah etməyiblər ki, konkret nəyə görə məni ölkəyə buraxmırlar. Sadəcə dedilər ki, qırmızı siyahıdayam və məni sərhədi keçməyə buraxa bilməzlər”, deyə fəal əlavə edib.

İş vaxtı olmadığı üçün Dövlət Sərhəd Xidmətindən məsələ ilə bağlı əlavə məlumat almaq mümkün olmayıb.

“Deyəsən sabah səhər geri uçacağam, amma dəqiq bilmirəm”, Hughes BBC Azərbaycancaya bildirib. “Bura gəlmək üçün akkreditasiya da almışdım”.

Beynəlxalq neft sənayesinin sosial, iqtisadi və ətraf mühitə təsirini araşdıran Platform London təşkilatı Azərbaycanda 90-cı illərin sonlarından fəaliyyət göstərir.

Bakıda Avropa Oyunlarının açıldığı gün, iyunun 12-də Londonda çapdan çıxacaq kitab BP şirkətinin Azərbaycanın hökuməti ilə münasibətlərinə həsr edilib. “Parıldayan bütün şeylər – Azərbaycanda İdman, BP və Repressiya” adlanan bu kitabda deyilir ki, “həm Əliyev dinastiyasının, həm də Bakı Oyunlarının yaradılmasında BP mərkəzi rol oynayıb”.

Ana səhifəXəbərlərBöyük Britaniyalı fəal hava limanında saxlanılıb