Böyük Britaniya vətəndaşı maskalı şəxslərin hücumuna məruz qaldı

”Ener Mech” neft şirkətinin baş meneceri Young Andry bölməyə dəvət olunsa da, imtina edib

Source:


”Ener Mech” neft şirkətinin baş meneceri Young Andry bölməyə dəvət olunsa da, imtina edib

Bakıda xarici şirkətin baş meneceri maskalı şəxslərin hücumuna məruz qalıb.

Bu barədə Bakı şəhər sakini Rüfət Namazoviç Şirinov Daxili İşlər Nazirliyinin “102” – “Qaynar xətti”nə zəng edərək məlumat verib.

R.Şirinov bildirib ki, Ə.Quliyev küçəsi, ev 108 ünvanında 3 nəfər maskalı şəxs “Ener Mech” neft şirkətinin baş meneceri Böyük Britaniya vətəndaşı Young Andy adlı şəxsi hədələyərək pulunu və şəxsi əşyalarını tələb edib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları bir neçə dəfə Young Andry ilə əlaqə saxlayaraq onu bölməyə dəvət ediblər.

Lakin o, dəfələrlə polisə dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək bölməyə gəlməkdən imtina edib.



report.az

Ana səhifəXəbərlərBöyük Britaniya vətəndaşı maskalı şəxslərin hücumuna məruz qaldı