Böyük Britaniya səfiri REAL-ın ofisində olub

Görüşdə son həftələrdə REAL sədri İlqar Məmmədova qarşı olan təzyiqlər də müzakirə edilib

Source:

Görüşdə son həftələrdə REAL sədri İlqar Məmmədova qarşı olan təzyiqlər də müzakirə edilib

Avqustun 17-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri cənab İrfan Siddiq Respublikaçı Alternativ Hərəkatının (REAL) ofisində olublar. Bu barədə Cumhuriyyet.org saytı məlumat yayıb. Məlumatda bildirilir ki, səfir REAL-ın icra katibi Natiq Cəfərli, İdarə Heyəti üzvləri Altay Göyüşov və Erkin Qədirli ilə görüşüb. İki saat yaxın davam edən görüşdə ölkənin iqtisadi vəziyyəti və gələcək inkişaf perspektivləri, ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkilərinə hazırlıqlar, siyasi məhbus problemləri, o cümlədən son həftələrdə REAL sədri İlqar Məmmədova qarşı olan təzyiqlər müzakirə edilib.

Ana səhifəXəbərlərBöyük Britaniya səfiri REAL-ın ofisində olub