Böyük Britaniya Bakını İstanbul Konvensiyasını imzalamağa çağırır

Səfirlik qadınların qətlindən narahatlıq keçirdiyini bildirir

Böyük Britaniya. Foto: arxiv


Səfirlik qadınların qətlindən narahatlıq keçirdiyini bildirir

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi avqustun 9-da son aylarda baş verən qadın qətlləri ilə bağlı bəyanat yayıb.

Səfirlik ötən ay 6 qadının və Sevinc Məhərrəmovanın qətlindən narahatlıq keçirdiyini bildirib.

“6 qadının ailə üzvləri tərəfindən öldürülməsi xəbəri və eləcə də Sevinc Məhərrəmovanın qətlindən olduqca narahatıq. Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır və hər bir qız təhlükəsiz olduğunu bilərək böyüməlidir”? – bəyanatda deyilir.

Bəyanatda bu cür halların düzgün araşdırılması və məişət zorakılığından zərərçəkmişlərin mühafizəsi məsələsinin çox vacib olduğu vurğulanıb:

“Böyük Britaniya Azərbaycanda gender bərabərliyini dəstəkləməyə davam edir və Azərbaycanı məişət zorakılığına son qoymaq üçün beynəlxalq çərçivə olan İstanbul Konvensiyasını imzalamağa çağırır”.

Ana səhifəXəbərlərBöyük Britaniya Bakını İstanbul Konvensiyasını imzalamağa çağırır