Böyük Britaniya Azərbaycanı ədalət mühakiməsinə hörmətlə yanaşmağa çağırır

Böyük Britaniya XİN Rəsul Cəfərovun barəsində hökmdən narahatlığını bildirib

Source:


Böyük Britaniya XİN Rəsul Cəfərovun barəsində hökmdən narahatlığını bildirib

Böyük Britaniya XİN öz mətbuat katibinin adından bəyanatla çıxış edərək hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs edilməsini pisləyib.

“Böyük Britaniya vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə kimi mübahisəli ittihamlarla altı il yarım müddətinə azadlıqdan məhrum edilmiş Rəsul Cəfərovun barəsində hökmdən çox narahatdır.

Vətəndaş cəmiyyətinin hörmətli üzvü, cənab Cəfərov Azərbaycanda mühüm hüquq-müdafiəçilərindən biridir.

Böyük Britaniya Azərbaycanı ədalət mühakiməsinə hörmətlə yanaşmağa və bu mənfi tendensiyaya son qoymağa çağırır”, – bəyanatda deyilir.

Ana səhifəXəbərlərBöyük Britaniya Azərbaycanı ədalət mühakiməsinə hörmətlə yanaşmağa çağırır