Botanika (Nəbatət) bağına belə qəsd edilir (eksklüziv)


Meydan TV-nin əldə etdiyi eksklüziv kadrlardan aydın görünür ki, Bakının qiymətli ağaclarla zəngin olan Nəbatət bağının bir hissəsində ağaclar kəsilərək yük maşınlarına yığılır və ərazidən daşınır. Ağacların kötüklərinin izini itirmək üçün isə əzilib torpağa basdırılır.

Aprelin 2-dən başlayaraq günüz və axşam saatlarında Bakıdakı Milli Elmlər Akademiyasının nəzdindəki Botanika (Nəbatət) bağında ağacların qırılmasına başlanılıb. Meydan TV-nin əldə etdiyi eksklyuziv kadrlarda bağdakı ağacların bir qrup şəxs tərəfindən kəsilərək maşınlarla daşındığı aydın görünür. Həmçinin ağac kötüklərinin izinin itirilməsi üçün onlar torpağa basdırılır və izi itirilir.

Nəbatət bağında ağacların kəsilməsi haqda ilk məlumat sosial şəbəkələrdə yayılıb və bu işlərin gecə saatlarında da davam etdiyi ilə bağlı foto yayılıb. Yayılan məlumata görə, ağaclar ərazidə bina tikilmək məqsədi ilə kəsilir. İlkin məlumatlara görə, onlarla ağacın kəsildiyi bildirilir. Botanika bağının rəhbərliyi isə ağacların kəsilməsini təkzib edir.

Botanika bağı 1934-cü ildə Bakının dağlıq hissəsində salınıb. Vaxtilə milyonçu Murtuza Muxtarovun şəxsi bağı olan bu yaşıllıq guşəsi dünyanın müxtəlif yerlərindən gətirilən bitkilərlə zəngindir.


Nəbatət bağı haqda yaradılan saytda

qeyd edilir ki, Abşeron yarımadasının cənubi-şərq hissəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Bakı Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda onun yaşıl mədəni-mərkəzlərindən biri hesab olunur.

Bakı Nəbatat bağının elmi əhəmiyyəti kserofit floranın bütün məcmusu ilə nümayiş etdirilməsinin təkcə Sovetlər məkanında deyil, eləcə də Avropada analoqunun olmaması ilə müəyyən edilir. Bu Bakı şəhərinin coğrafi cəhətdən Asiya və Avropa florasının qovuşuğunda yerləşməsi ilə izah olunur. Bundan əlavə Bakıda botanikləri öz ətrafında birləşdirən Nəbatat bağının olması, onu elmi-tədqiqat işlərinin və botaniki fikrin mərkəzi etdi.

Ana səhifəVideoBotanika (Nəbatət) bağına belə qəsd edilir (eksklüziv)