Yüzlərlə insan cəsədlərin dəfn məqasiminə yığışıb
Bazar ertəsi Bosniyanın Kamicani kəndində yüzlərlə insan biraraya gələrək 28 il əvvəl Bosniya müharibəsində öldürülmüş altı bosniyalı müsəlmanı dəfn edib, – “Reuters” xəbər verir.
Zərərçəkənlər əsasən Prijedor şəhəri yaxınlığındakı müharibə kamplarında olan məhbuslar olub. Onlara həbsxana mübadiləsində sərbəst buraxılacaqları söylənsə də, Bosniyanın Koricani qayalarına aparılıb və serb qüvvələri tərəfindən 1992-ci ilin avqustunda güllələnib,- “Reuters” əlavə edib.
Onların beşinin nəşi bədənlərinin üstünə yığılmış qayaların altından çıxarılıb, altıncısı isə ərazidəki 70-dən çox kütləvi məzardan biri olan Jablanica-Prosara kütləvi məzarlığından tapılıb.
“Mən 28 ildir bu günü gözləmişəm … 28 uzun, ağrılı və kədərli il”,- 40 yaşlı Sanel Fazlic atasının və iki əmisinin qalıqları olan bayraqla örtülmüş tabutlarının yanında “Reuters”ə deyib.
Qohumları 30 qurbanı dəfn etməyi planlaşdırmış olsalar da, koronavirusun baş qaldırması xaricdə yaşayanların çoxunun iştirakına mane olub.
Kütləvi məzarların yerini tapmaq və qurbanların kimliyini müəyyənləşdirmək üçün illər tələb olunub. Keçən il yeni aşkar edilmiş 68 qurban Kamicanidə, daha 10 nəfər isə ərazidəki digər yerlərdə dəfn edilib.
Prijedor bölgəsi serb polisi və ordusu tərəfindən Bosniya müsəlmanlarına və xorvatlara qarşı 1992-ci ildə həyata keçirilmiş etnik təmizləmə hücumlarının ən dəhşətləsində şahidlik edib. Müharibə zamanı kəndlər dağıdılıb, minlərlə insan həbs düşərgələrinə aparılıb, 3000-dən çox serb olmayan insan edam edilib və on minlərlə insan evlərindən didərgin düşüb, – “Reuters” bildirib.