Avqustun 15-dən ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
“Report” yazır ki, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə bilərlər.
Hazırda Azərbaycanın ali məktəblərində 6423 yer boşdur. Boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
2017-ci il ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Müsabiqə nəticəsində 6423 yer boş qalıb.