Boris Nemtsovun qətlinin motivi açıqlanıb

Boris Nemtsovun İslam və müsəlmanlar haqqında mənfi fikirlər səsləndirdiyinə görə öldürüldüyü deyilir

Source:

Boris Nemtsovun İslam və müsəlmanlar haqqında mənfi fikirlər səsləndirdiyinə görə öldürüldüyü deyilir

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin motivi bəlli olub.


APA

-nın Moskva müxbirinin verdiyi məlumata görə, Boris Nemtsov İslam və müsəlmanlar haqqında mənfi fikirlər səsləndirdiyinə görə öldürülüb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bunu Boris Nemtsovun qətlində şübhəli bilinərək saxlanılan Zaur Dadayev istintaqa ifadəsində etiraf edib.

Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlində beş nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs qətimkan tədbiri seçilib. Onların barəsində hansı maddə ilə ittiham irəli sürüldüyü açıqlanmayıb.

Z. Dadayev qətli törətdiyini etiraf etsə də, cinayətlə bağlı saxlanılan digər 4 nəfər ittihamla razılaşmayıb.

 Boris Nemtsov fevralın 27-də axşam gecə saatlarında Moskvanın mərkəzində odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

 Hadisə zamanı siyasətçinin yanında ukraynalı fotomodel Anna Duritskaya da olub.

Ana səhifəXəbərlərBoris Nemtsovun qətlinin motivi açıqlanıb