Boris Nemtsovun qətli ilə bağlı istintaq başa çatıb

Yaxın vaxtlarda cinayət işinin materialları ilə tanışlıq prosesinə başlanılacaq

Source:


Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun qətli ilə bağlı istintaq başa çatıb.

Təqsirləndirilən şəxslərdən birinin vəkili Musa Xadisov açıqlama verərək bildirib ki, İstintaq Komitəsindən ona zəng edərək istintaqın başa çatdığı deyilib: “Yaxın vaxtlarda biz cinayət işinin materialları ilə tanışlıq prosesinə başlayacağıq. Zərərçəkmiş tərəf, təqsirləndirilən tərəf və onların müdafiəçiləri materiallarla tanış olduqdan sonra iş əvvəlcə prokurorluğa, sonra isə məhkəməyə göndəriləcək”.

Nəzərinizə çatdıraq ki, Rusiyanın müxalif siyasətçisi Boris Nemtsov ötən ilin 28 fevral tarixində Moskvada güllələnib.

Ana səhifəXəbərlərBoris Nemtsovun qətli ilə bağlı istintaq başa çatıb