Boris Conson Britaniyanın yeni Baş naziri olub

“Bəzi yorğun nəhənglər kimi biz dirçələcəyik, şübhə və mənfilikləri aradan qaldıracağıq,”- o deyib.

Source: google.az

"Bəzi yorğun nəhənglər kimi biz dirçələcəyik, şübhə və mənfilikləri aradan qaldıracağıq"

Birləşmiş Krallığı Avropa Birliyindən razılaşma və ya razılaşma olmadan çıxaracağını vəd edən Boris Conson (Johnson) çərşənbə axşamı Mühafizəkarlar Partiyasının rəhbərliyini əldə etdikdən sonra Britaniyanın Baş naziri olub.

CBC xəbər verir ki, o, Tereza Meyi (Theresa May) əvəz edəcək.

Millət vəkilləri ayrılma sazişi olmadan bloku tərk etməyə çalışan hər hansı bir hökuməti devirməyə söz verdikləri üçün Consonun qələbəsi Avropa Birliyi ilə “Brekzit” nümayişi və ölkədəki konstitusiya böhranı ilə eyni dövrə təsadüf edir.

2016-cı il “Brekzit” referendumunun siması olan Conson rəqibi xarici işlər naziri Ceremi Hanta (Jeremy Hunt) 92.153 səslə qalib gəlib. Hant 46.656 səs toplaya bilib.

Mey bu gün Bukinqam Sarayında Kraliça Elizabeti ziyarət etdikdən sonra Baş nazir vəzifəsindən gedəcək.

Baş nazirin oturduğu Dauninq Stritə (Downing Street) daxil olmazdan əvvəl Consonu rəsmi olaraq kraliça özü təyin edəcək.

Baş nazir olduğu son həftələrində Mey Dauninq Stritdən sonrakı həyatıyla bağlı öncəki baş nazirlər Deyvid Kamerun (David Cameron), Qordon Braun (Gordon Brown), Toni Bler (Tony Blair) ilə müzakirələr aparıb, -“The Atlantic” xəbər verir.

Britaniyanın ikinci qadın Baş naziri və eyni zamanda ən qısa müddət hakimiyyətdə qalmış Meyin bu vəzifədən sonrakı həyatı onun üçün bu qədər tez gözlənilmirdi, onu tanıyanlar qeyd edib. Bundan sonra Mey vəzifəsinin verdiyi üstünlüklərdən və təhlükəsizlik məsələlərindən kənarda qalmalı olacaq. “Onun baş nazirlik müddəti qeyd edilən meyarlarla deyil, uğursuzluğa uğramış “Brekzit” razılaşmasıyla yadda qalacaq,”- “The Atlantic” vurğulayıb.

"Biz oktyabrın 31-də “Brekzit”ə son nöqtəni qoyacağıq. Biz onun gəticəyi bütün imkanlardan istifadə etmək niyyətindəyik," – 55 yaşlı Conson qələbə nitqində söyləyib. "Bəzi yorğun nəhənglər kimi biz dirçələcəyik, şübhə və mənfilikləri aradan qaldıracağıq,"- o deyib. Conson liderlik kampaniyasının tərkib hissəsi olaraq deyib ki, onların məqsədi “Brekzit”i təslim etmək, ölkəni birləşdirmək və [müxalifət lideri] Ceremi Korbini (Jeremy Corbyn) məğlub etməkdir "və biz bunu edəcəyik".

ABŞ Prezidenti Donald Tramp da Consona təbriklərini “Twitter” hesabında çatdırıb.

Ana səhifəDünyaBoris Conson Britaniyanın yeni Baş naziri olub