Borcumuz artıb

Ölkənin hər bir sakininə 523,44 manat xarici borc düşür, ilin əvvəlində bu göstərici 21,90 manat az idi

Source:


Ölkənin hər bir sakininə 523,44 manat xarici borc düşür, ilin əvvəlində bu göstərici 21,90 manat az idi

1 iyul 2014-cü il üçün  Azərbaycan Respublikasının xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edir, – deyə Maliyyə Nazirliyi bildirir.

İlin əvvəlindən xarici dövlət borcu 234,7 mln manat və ya 4,9 faiz artıb.

Ölkənin hər bir sakininə 523,44 manat xarici borc düşür. İlin əvvəlində bu göstərici 21,90 manat az idi.

Maliyyə Nazirliyi qeyd edir ki, borc vəsaitlərinin 7.7 faizi 10 ilə qədər, 62,0 faizi 10 ildən 20 ilə qədər, 30.3 faizi isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Ölkənin xarici borcu ildən-ilə artır. 1 yanvar 2013-cü il üçün o, 4 mlrd 481,1 mln manat, 1 yanvar 2012-ci il üçün 3 mlrd 788.3 mln manat, 1 yanvar 2011-ci il üçün $3 mlrd 857.3 mln, 1 yanvar 2008-ci il üçün  $2 mlrd 441.9 mln olub (Turan İA).

Ana səhifəXəbərlərBorcumuz artıb