Borcu olan qadın anasının məzarı üstündə intihar etdi

Gəncədə 4 uşaq anası intihar edib

Source:


Gəncədə 4 uşaq anası intihar edib

APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1971-ci il təvəllüdlü Nahidə Məmmədova şəhərin İmamzadə məzarlığında, anasının qəbiri üzərində gəmiricilər əleyhinə işlədilən zəhər içərək intihar edib.

Məlumata görə N. Məmmədova Gəncədə fəaliyyət göstərən lombardlardan birində işləyirmiş. Onun külli miqdarda borcu olduğuna görə intihar etdiyi bildirilir. N. Məmmədova 4 uşaq anası olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Ana səhifəXəbərlərBorcu olan qadın anasının məzarı üstündə intihar etdi