Boltonu Azərbaycan hakimiyyətinə təzyiq etməyə çağırıblar

”Amnesty International” ABŞ prezidentinin təhlükəsizlik üzrə müşavirinə müraciət edib

Source:


”Amnesty International” ABŞ prezidentinin təhlükəsizlik üzrə müşavirinə müraciət edib

“Amnesty International” USA (Beynəlxalq Amnistiya Təşkilatı) hüquq-müdafiə təşkilatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakı səfəri zamanı Azərbaycan hakimiyyətindən insan hüquqlarının pozulmasına son qoyulmasını tələb etməyə çağırıb.

Təşkilatın müraciətində qeyd olunur ki, Azərbaycan hakimiyyəti müntəzəm olaraq fikrin ifadə olunması azadlığını pozur, hökumət bütün əsas kütləvi informasiya vasitələrinə nəzarət edir, hüquq müdafəçilərinin qorxudulması üçün qanunvericilikdən və birbaşa zorakılıqdan istifadə edir.

“Azərbaycan hakimiyyətinin həbs etdiyi şəxslər ədalətsiz məhkəmə çəkişmələri ilə üzləşməli olur və ədalətli müdafiə ilə təmin olunmurlar. Məhbusların bəzisi həbsxanada ölüb”.

“Biz Azərbaycan administrasiyasına təzyiqlərin insan hüquqları sahəsində müsbət nəticə verdiyini görmüşük. 2017-ci ildə hakimiyyət jurnalist Mehman Əliyevi həbs etməyə qərar verdikdə bu, sərt reaksiyaya səbəb oldu və sonda onu həbsdən buraxdılar, sonra isə üzərindən ittihamları götürdülər”, -oktyabrın 19-da Ağ Evə göndərilən məktubda deyilir.

Müəlliflər Boltona tövsiyə edirlər ki, Azərbaycan rəhbərliyilə müzakirələr zamanı aşağıdakı məsələləri qaldırsın:

* 2017-ci ilin mayında Tbilisidə oğurlanıb qanunsuz olaraq Azərbaycana göndərilmiş və orada həbs edilmiş Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın;

* Hakimiyyətin siyasi opponentlərini müdafiə etdiyinə görə öz işindən kənarlaşdırılan vəkillərin hüquqları bərpa edilsin;

* Demokratiya və insan hüquqları üzrə dialoq bərpa edilsin. Bakı və Vaşinqton arasında dialoq hələ 2006-cı ildə başlanmışdı və Azərbaycanda insan hüquqlarına hörmətin artırılmasına yönəlmişdi. Bu illər ərzində görüşlər davam edib və Obama administrasiyasının vaxtında Bakının xahişilə dayandırılıb.

“Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır”, – müraciətdə qeyd olunur

Con Bolton oktyabrın 24-də Bakıda olacaq. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cənubi Qafqazın digər respublikalarına da səfər edəcək.

Səfərdən öncə Con Bolton yazmışdı ki, əsas məqsədi “bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın təşəbbüslərini təşviq etməkdir”.

Con Bolton İrana qarşı amansız siyasətin ən fəal tərəfdarlarından biri kimi tanınır.


“Turan” informasiya agentliyi

ABŞ hökumətinin İranı beynəlxalq səviyyədə təcrid etmək niyyətini xatırladaraq yazır ki, sanksiyalar Azərbaycan-İran ticari və işgüzar münasibətlərini də əhatə etməlidir.

“Əliyev administrasiyasının antiqərb münasibəti və Rusiya ilə genişlənən əlaqələr Azərbaycanı regionda etibarlı strateji müttəfiqsiz qoyub. Ermənistanda bu yaxınlarda baş vermiş demokratikləşmə Azərbaycan hökumətinin Putin Rusiyası ilə hərbi, iqtisadi və ilk növbədə siyasi ittifaqına təkan verib. Azərbaycanın hədəfi demokratiya olsaydı, onun Qərb ölkələri ilə ittifaqlar qurması daha asan olardı. Prezident Tramp göstərib ki, təhlükəsizlik sahəsində öz prioritetlərini təşviq edə biləcəyi istənilən dövlətlə işləməyə hazırdır”.

Hazırda Con Bolton Moskvadadır, onun prezident Vladimir Putinlə görüşəcəyi rəsmən təsdiqlənib. Con Boltonun Rusiyaya səfərindən öncə prezident Tramp ölkəsinin nüvə silahları sazişindən çıxacağını elan edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Con Boltondan prezident Trampın mövqeyinin “dəqiq mənasını peşəkarcasına aydınlaşdıracağını” gözləyir.

XİN rəsmisi Amerikanın bu sazişdən çıxmasını “çox təhlükəli olar” deyə ifadə edib.

Ana səhifəXəbərlərBoltonu Azərbaycan hakimiyyətinə təzyiq etməyə çağırıblar